MƏDƏNİYYƏT


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb. Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib.

Bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır.