MƏDƏNİYYƏT


“Qırğızıstanın təbii və mədəni irsi” sərgisi açılıb

İyulun 2-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışından əvvəl Qırğızıstanın Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərdən bəhs edib. Vurğulayıb ki, iki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən N.Niyazəliyev sessiyanın işinə uğurlar arzulayıb.