43-cü sessiya çərçivəsində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi açılıb
03.07.2019 [10:51]
Xəbərin mətni
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, sərgi iyulun 3-dən sentyabrın 30-dək davam edəcək. Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş etdirilir.