MƏDƏNİYYƏT


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib. AZƏRTAC xəbər verir ki, sessiyanın növbəti günündə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib. Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.