MƏDƏNİYYƏT


Şəkidə rus instrumental kvintetinin konserti olub

Şəkidə davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub. Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “No Indifference” instrumental kvinteti 2008-ci ildə Rusiyanın Tver Akademik Filarmoniyasının solistləri Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara), Vitali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərb alətləri) tərəfindən yaradılıb. Kvintetin yaradılmasında əsas məqsəd Tver şəhərinin sakini, bayan ifaçısı Boris Tixonovun ifaçılıq ənənələrini saxlamaq və yaradıcılığını təbliğ etmək olub.