MƏDƏNİYYƏT


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir

Sessiyanın dördüncü günündə Nepalın Katmandu vadisində yerləşən maddi mədəni abidələrin vəziyyəti haqqında hesabat dinlənilib. Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb.

Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələr barədə fikirlərini söyləyiblər. Bildirilib ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib.