SİYASƏT


Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasının işində iştirak edir

Lüksemburqda Avropa Yığıncaqlar Mərkəzinin (European Convention Center) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edir. Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır