SİYASƏT


Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi seçilib

Lüksemburqda keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyasında Assambleyanın fəaliyyətdə olan Baş katibi Roberto Montella yeni müddətə həmin vəzifəyə seçilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti italiyalı siyasətçinin namizədliyini dəstəkləyib.