Milli Məclisin nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın sessiyasında çıxış edib
04.07.2019 [16:25]
Xəbərin mətni
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin iclası davam edir. Təşkilatın sədri Georgi Seretelinin məruzəsi ətrafında çıxışlar başlanıb.
Çıxış üçün söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədrinin müavini Bahar Muradova qeyd edib ki, davamlı inkişaf sülhün, sabitliyin, firavanlığın, demokratiyanın və insan haqlarının müdafiəsinin təmin edilməsi üçün zəruri şərtdir.