SİYASƏT


ATƏT PA-nın plenar iclasında qətnaməyə edilən düzəlişlərə dair qızğın müzakirələr aparılır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən 28-ci illik sessiyasında “ATƏT məkanında korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə milli parlamentlərin rolu” adlı qətnaməyə düzəlişlər ətrafında qızğın debatlar gedir. Qətnamə Kiprdən olan deputat İren Haralambidis və onun isveçli həmkarı Marqareta Sederfelt tərəfindən hazırlanıb.