Çinin təqdim etdiyi nominasiya Dünya İrs Siyahısına salınıb
05.07.2019 [13:10]
Xəbərin mətni
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq və qəbul ediləcək nominasiyalarla bağlı məlumat verib. Bildirib ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin nominasiyalarının müzakirəsi iyulun 6-na keçirilib.