MƏDƏNİYYƏT


UNESKO-nun Dünya İrs Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb. Əlavə edib ki, bu gün də yeni nominasiyalar sıyahıya daxil ediləcək. “Bizi qarşıda gərgin müzakirələr gözləyir”, - deyə nazir bildirib.

Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi. Bəhreyndə qədim Dilmun mədəniyyəti insanların məskunlaşdığı ərazi olmuşdur.