MƏDƏNİYYƏT


Bakıda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib

İyulun 3-dən 7-dək ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib. Festival UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.
Festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda, əl işlərini əldə edə biliblər. AZƏRTAC festivala informasiya dəstəyi verib.