SİYASƏT


ATƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəliş qəbul olunub

Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə dünən işə başlamış ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası davam edir. AZƏRTAC-ın xəbər verdiyi kimi, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.