UNESKO-nun Dünya İrs Siyahısına daxil edilən mədəni irs nümunələrinin sayı 1121-ə çatıb
08.07.2019 [14:04]
Xəbərin mətni
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 8-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən günlər ərzində keçirilən müzakirələrlə bağlı məlumat verib.