SİYASƏT


Kamran Nəbizadə: Qafqazda ikinci erməni dövlətinin yaradılması mümkün deyil

ATƏT PA-nın yekun plenar iclasında Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edib. AZƏRTAC xəbər verir ki, natiq öz çıxışında enerji təhlükəsizliyi, Avropa bazarının Köhnə Dünyanın zəruri enerji ehtiyatları ilə təmin olunmasında Azərbaycanın və bütün Xəzər regionunun rolu mövzusuna toxunub. Deputat vurğulayıb ki, Azərbaycan enerji resurslarının Avropa İttifaqına nəqlinin şaxələndirilməsində mühüm rol oynayır. Daha sonra o bildirib ki, ATƏT üzvü olan ölkələr ikili standartlardan əl çəkməli, dondurulmuş münaqişələrin dinc, diplomatik yolla nizamlanması üçün əllərindən gələni etməlidirlər. Nəzərə almaq lazımdır ki, terrorizm, təcavüz, işğal və hərbi münaqişələr bütün ATƏT məkanında ümumi enerji siyasətinin və siyasi sabitliyin təmin edilməsi üçün ciddi risklər yaradır.