Lüksemburqda ATƏT Parlament Assambleyasının illik sessiyası işini başa çatdırıb
08.07.2019 [17:17]
Xəbərin mətni
Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işini başa çatdırıb. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentari iştirak edirdi. AZƏRTAC-ın xəbər verdiyi kimi, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.