MƏDƏNİYYƏT


Qubada keçirilən Regional Mətbəx Festivalını 15 mindən çox qonaq ziyarət edəcək

Quba və Qusar rayonları ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Quba-Xınalıq turizm marşrutu, əsrarəngiz təbiətə malik Qəçrəş meşəsi, tarixi 5-6 min əvvələ gedib çıxan Xınalıq kəndi, şəlalələr diyarı adlandırılan Ləzə kəndi, Şahdağ Turizm Mərkəzi regionda turistlərin ən çox ziyarət etdiyi istirahət məkanlarıdır. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.