MƏDƏNİYYƏT


Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikası sədrlik edəcək

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da öz işini davam etdirib. AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verib. Bildirib ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. İşçi qrup ciddi sənədlər hazırlayıb və onlar təsdiqlənməlidir. Bu gün büdcə əməliyyat layihələri ilə bağlı sənədlərə baxılacaq.