MƏDƏNİYYƏT


Bakı sessiyasında 29 irs nümunəsi siyahıya salınıb

İyulun 10-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sonuncu iclası keçirilib. AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Sessiyasının sonuncu iş günü olduğunu xatırladan nazir dünən sənədlərin hazırlanması işinin başa çatdığını söyləyib.