Şəkiyə gələn turistlərin sayı xeyli artıb
10.07.2019 [17:16]
Xəbərin mətni
Builki yay mövsümündə Şəkiyə gələn yerli və xarici turistlərin sayında xeyli artım müşahidə olunur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Xan Sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir.