Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli sənət nümayəndələri Qusarda olublar

10.07.2019 [19:20]

Xəbərin mətni

Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyasının (ASKEF) 50-yə yaxın üzvü iyulun 10-da Azərbaycanın şimal qapısı sayılan Qusar şəhərinin qonağı olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmiləri nümayəndə heyətinin üzvlərinə rayon haqqında ətraflı məlumat veriblər.