MƏDƏNİYYƏT


Bolqar rejissor “YUĞ”da “III Riçard” əsərinə quruluş verir

Azərbaycan Dövlət “YUĞ” Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirir. Bolqar rejissor Xristo Stoyçev teatrda U.Şekspirin “III Riçard” əsərinə quruluş verir. AZƏRTAC tamaşanın məşq prosesində iştirak edib, rejissorların və aktyorların fikirlərini öyrənib.