MƏDƏNİYYƏT


Los-Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib

Azərbaycanın Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası ABŞ-ın Los-Anceles şəhərində yerləşən, dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən olan “Walt Disney Concert Hall”da keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Baş Konsulluğun dəstəyi ilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır