MƏDƏNİYYƏT


Lerikdə istirahət mərkəzləri REPORTAJ

Azərbaycanın əzəmətli dağları, saysız hesabsız qalaları, zümrüd meşələri, nadir ağacları, çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lerik rayonu istər yerli, istərsə də xarici turistlərin istirahət ünvanına çevrilib. Füsunkar təbiəti ilə diqqət cəlb edən Lerikə istirahət etmək üçün üz tutan turistlərin sayı bu il daha çoxdur.