Cüdoçumuz Turan Bayramov XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub
24.07.2019 [18:57]
Xəbərin mətni
İyulun 24-də Azərbaycan cüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.