İDMAN


“Qarabağ” səfərdə “Dandolk” ilə heç-heçə edib

İyulun 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Dandolk” - “Qarabağ” oyunu başa çatıb. AZƏRTAC xəbər verir ki, “Oriel Park” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Görüşün 4-cü dəqiqəsində Mahir Emreli hesabı açıb. İlk hissəyə qalib yollanan “Qarabağ” ikinci hissədə qapısında qol görüb. Belə ki, 78-ci dəqiqədə “Dandolk”un futbolçusu Patrik Hoban fərqlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.