İDMAN


Gimnastımız Səməd Məmmədli çoxnövçülükdə medallar uğrunda mübarizə aparır

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar. İdman gimnastikası yarışlarının üçüncü günündə kişi və qadın atletlər çöxnövçülükdə medallar uğrunda güclərini sınayırlar. Azərbaycan atleti Səməd Məmmədli də medallar uğrunda yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır