MƏDƏNİYYƏT


“Jara-2019”da 200-dən çox müğənni çıxış edəcək

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək. İyulun 26-da ötən il çəkilmiş “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.