İDMAN


Azərbaycanda IWF-in İnkişaf Proqramı çərçivəsində məşqçilər üçün beynəlxalq seminar keçirilib

Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə məşqçilər üçün seminar təşkil olunub. Tədbirdə məruzəçilər qismində dünyaca məşhur ağır atletika mütəxəssisləri Kolin Bakli (İrlandiya) və Eduard Andryuşkeviç (Latviya) çıxış ediblər. Seminarda Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın məşqçi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır