Azərbaycan Dövlət İnformasiya Agentliyi

XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir

26.07.2019 [14:55]

Xəbərin mətni

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar. İdman gimnastikası yarışlarının dördüncü günündə kişi və qadın atletlər müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar.