İDMAN


Cüdoçumuz "EYOF Bakı 2019"un bürünc medalını qazanıb

Azərbaycan cüdoçusu XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində üçüncü yer uğrunda döyüşən Məhərrəm İmamverdiyev (81 kq) israilli İftaç Badaşı vazari xalı ilə məğlub edərək bürünc medala sahib olub.