Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan cüdoçusu Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb

26.07.2019 [18:04]

Xəbərin mətni

İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb. AZƏRTAC xəbər verir ki, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.