Basketbolçuların yarışında Rusiya seçməsi üçüncü yeri tutub
27.07.2019 [12:25]
Xəbərin mətni
İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında üçüncü yer uğrunda görüşdə Rusiya və Çexiya komandaları qarşılaşıblar. AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunda Rusiya seçməsi 53:43 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.