Qubada Regional Mətbəx Festivalı keçirilir
27.07.2019 [18:26]
Xəbərin mətni
Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.