Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jara-2019” Beynəlxalq Musiqi Festivalı başa çatıb

29.07.2019 [11:57]

Xəbərin mətni

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edildi.