İDMAN


“Qarabağ” komandası “Dundalk”ı darmadağın etdi

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 31-də keçirilən “Qarabağ” - “Dundalk” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab erkən qolla açıla bilərdi. Belə ki, Riçard Almeydanın ötürməsindən sonra Mahir Emrəli qapıçı ilə təkbətək qalıb. Azərbaycan milli komandasının futbolçusunun vurduğu zərbə qapıdan yan keçib.