Qəbələdə Beynəlxalq Musiqi Festivalının ilk konserti təqdim olunub
01.08.2019 [10:37]
Xəbərin mətni
Dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gəlib. Azərbaycanın dilbər guşələrindən olan qədim Qəbələ şəhəri artıq 11-ci dəfədir öz qapılarını Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb. Qəbələ Mədəniyyət Mərkəzinin zalında musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub.