İDMAN


“Neftçi” komandası “Arsenal”ın (Tula) qapısından üç cavabsız top keçirib

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) məğlub edib.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi” rəqib qapısından üç cavabsız top keçirib.

Bakı təmsilçisinin heyətində Rauf Əliyev, Dario Frederiko və Mamadu Mboj fərqləniblər.