SİYASƏT


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nəzdində ermənişünaslıq tədqiqat bölməsi açılacaq

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 2-də keçirilən ilk mətbuat konfransında deyib. 

Fərid Şəfiyev deyib: “Ermənistanı hərtərəfli öyrənməliyik, onun siyasətini, iqtisadiyyatını, tarixini, ədəbiyyatını bilməliyik. Biz düşünürük, həmçinin Mərkəzdə erməni dili kursu açaq. Azərbaycanda erməni dilini bilən mütəxəssislər azdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra araşdırmalar aparılır. Məqsədimiz münaqişə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq mütəxəssislərə çatdırmaq, onlarla sıx əməkdaşlıq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır