İDMAN


Malkom "Zenit"lə müqavilə imzaladı

"Barselona"nın futbolçusu Malkomun "Zenit"ə keçidi rəsmiləşib. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Rusiya mətbuatı bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub əlavə 5 milyon avro da bonus verəcək. Braziliyalı oyunçunun isə yeni klubunda ilinə 8 milyon avro qazanacağı bildirilib.