MƏDƏNİYYƏT


Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert proqramı təqdim edilib

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kamera musiqisi həvəskarlarının budəfəki qonaqları istedadlı gənc ifaçılar və Azərbaycanın “Clarte” klarnet kvarteti olub. Konsertin birinci hissəsində tamaşaçılar pianoçular Fəqan Həsənli, Svetlana Əhmədova, fleyta ifaçıları Nicat Salmanov, Əminə Zülfüqarova, qanun ifaçısı Natəvan Həsənova, solistlər Adil Axundov (tenor) və Taleh Yahyayevin (bariton) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır