SİYASƏT


"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
General-polkovnik Zakir Həsənov, Rusiya  Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçirib.
Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.