İDMAN


“Qarabağ” səfərdə APOEL-ə qalib gəlib

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində APOEL-“Qarabağ” oyunu olub. Matç 1-2 hesabı ilə Azərbaycan klubunun qələbəsi ilə başa çatıb. Hesab ikinci hissədə açılıb. 53-cü dəqiqədə Mahir Emreli 1-ci qolu vurub. Altmış səkkizinci dəqiqədə Maqaye Qeye ikinci qolu rəqib qapısından keçirib. APOEL-in oyunçusu Georqos Merkis əlavə vaxtda bir top vuraraq hesabı 2-1 edə bilib.