İDMAN


Kiprin “APOEL” klubunun baş məşqçisi istefaya göndərilib

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandası baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu almaniyalı Tomas Dollun əvəzləyəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır