İDMAN


“Neftçi” - “Bney Yehuda” qarşılaşması heç-heçə başa çatıb

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-“Bney Yehuda” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

“Bney Yehuda” birinci hissədə 2 qol vurub. Fasiləyə iki dəqiqə qalmış “Neftçi” qollardan birinin əvəzin çıxıb. Jozef-Monroz adını tabloya yazdırıb - 1:2.

Qarşılaşmanın ikinci hissəsində “Neftçi” hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə məğlubiyyətdən xilas olub. Namiq Ələsgərov komandamızın vacib qoluna imza atıb - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır