CƏMİYYƏT


Yüz iyirmi yaşlı memarlıq incisi - Xaçmaz Dəmiryol Vağzalı REPORTAJ

Xaçmazın yaşayış məntəqəsi, daha sonra rayon kimi formalaşmasında XIX əsrin sonlarında bu ərazidə dəmiryol stansiyasının tikilməsi böyük rol oynayıb.

Xaçmaz rayonunun inzibati mərkəzində yerləşən vağzal tipli dəmiryol stansiyası 120 il əvvəl inşa edilib. Memarlığı ilə seçilən vağzal binası yerli əhəmiyyətli tarixi abidələr siyahısındadır.

XIX əsrin ikinci yarısında Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə böyük ehtiyac yaranıb.