İDMAN


Olimpiya İdman Komplekslərində idmançılar pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq

Azərbaycandakı Olimpiya İdman Komplekslərinə cəlb olunan uşaq və yeniyetmələr dörd idman federasiyası tərəfindən pulsuz məşqçilik xidməti, geyim və ləvazimatlarla təmin olunacaq. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən bu təşəbbüsə ilk olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Boks, Taekvondo və Cüdo Federasiyaları qoşulub. Gələcəkdə digər idman federasiyalarının da bu aksiyaya qoşulacağı gözlənilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 10-da YAP-nın təşəbbüsü və təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən kütləvi idman bayramında bildirilib.