MƏDƏNİYYƏT


Milli geyimlərimizi daşıyan bir-birindən gözəl gəlinciklər

Aybəniz Yusubova uzun illərdir milli gəlincliklərin hazırlanması ilə məşğuldur. Hər bölgənin özünəməxsus milli geyimlərini gəlinciklər üzərində əks etdirən usta artıq bu işin peşəkarına çevrilib. Deyir ki, gəlincikləri hazırlayanda hər bölgənin milli geyim ənənəsini dərindən araşdırır. Səbr tələb edən bu işi həvəslə görən Aybəniz xanım bir gəlinciyin hazırlanmasına təxminən bir ay vaxt sərf edir. Onun milli gəlincikləri həm ölkə daxilində, həm də xaricdə keçirilən sərgilərdə böyük marağa səbəb olur.