MƏDƏNİYYƏT
Nəsimi haqqında yeni bədii film çəkilib
13.08.2019 [14:56]
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.03.2021 [20:11]
03.03.2021 [18:15]
01.03.2021 [18:36]
01.03.2021 [17:24]
03.03.2021 [17:52]
03.03.2021 [15:52]
16.02.2021 [11:42]
04.01.2021 [20:22]
03.03.2021 [11:44]
01.03.2021 [11:50]
27.02.2021 [18:49]
04.03.2021 [11:04]
04.03.2021 [11:00]